Azərbaycan və Macarıstan hökumətləri üzüm tinglərinin istehsalı sahəsində birgə müəssisələr yaratmağı planlaşdırır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Belə birgə müəssisələrin yaradılması məsələsi Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Macarıstanın Kəndin İnkişafı Nazirliyinin dövlət katibi Qyula Budainin Bakıda keçirilən görüşündə müzakirə edilib.
G.Bduani İ.Abasovu bu ilin sentyabr ayında Budapeşt şəhərində keçiriləcək kənd təsərrüfatı sərgisinə dəvət edib.
Bakıya səfər çərçivəsində G.Bduanini aqrar sahədə fəaliyyət göstərən Macarıstan şirkətlərinin 10 nümayəndəsi müşayiət edir.