2013-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda sığorta şirkətlərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ümumi haqlar 4 mln. 403 min 851,53 manat təşkil edib, bu isə 20112-ci ilin analoji dövrünün göstəricisindən 38,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
Azərbaycanda sığortanın bu növü üzrə xidmətləri 3 sığorta şirkəti göstərir.
Maliyyə Nazirliyinin məlumatına görə, 2013-cü ilin yanvar-fevral aylarında sığortaçılar sığortanın bu növü üzrə 193 min 245,52 manat məbləğində ödəmələr həyata keçiriblər (artım 3,8 dəfə).
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanun 2010-cu ilin iyul ayından qüvvəyə minib. 2010-cu ilin dekabrında bu sığorta növü üzrə xidmətlərin göstərilməsi üçün normativ-hüquqi aktların təsdiq edilməsi prosesi yekunlaşdırılıb.
Nazirlər Kabineti 2010-cu ilin noyabrında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə tarifləri təsdiqləyib. Nazirlər Kabinetinin qərarına əsasən, iqtisadi fəaliyyətin bütün növləri 14 risk dərəcəsinə ayrılıb. Riskin bu səviyyəsindən irəli gələrək qulluqçular və fəhlələr üçün sığorta tarifinin həcmi müəssisələrin risk səviyyəsindən asılı olaraq 0,2%-dən 2%-ə qədər təşkil edir.
Qanuna əsasən sığorta tarifi müəssisədə əmək haqqı fonduna hesablanır.
Qanunda üç növ sığorta ödənişi nəzərdə tutulur: aylıq, birdəfəlik və əlavə.