Rus dilində təhsil alan Bakı, Sumqayıt və Abşeron məktəbliləri arasında rus dili və ədəbiyyatı üzrə Olimpiyada keçirilir. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinəRusiya Mədəniyyət və İnformasiya Mərkəzindən (RİMM) məlumat verilib.
“Ətraf mühitin mühafizəsi ilinə” həsr edilmiş olimpiada “Rossotrudniçestvo” və RF-nin Bakıdakı səfirliyi tərəfindən Azərbaycanın rus dilli təhsil müəssisələri müəllimləri Assosiasiyası və Təhsil Nazirliyinin iştirakı ilə təşkil edilib
“Rossotrudneçestvo”nun rəhbəri Valentin Denisov tədbirdə çıxış edərək bildirib ki,
olimpiadada iştirak etmək rus dilinin, Puşkinin, Çexovun dilinin öyrənilməsi yolunda böyük addımdır.
Martın 12-14-də keçirilən olimpiadada 8-11 siniflərdən 100-dən artıq şagird iştirak edib.Olimpiada yazılı və şifahi olaraq iki mərhələ keçirilib.
Test formasında verilmiş tapşırıqlar RİMM-in rus dili tədris metodiki mərkəzi tərəfindən hazırlanıb.Şagirdlər həmçinin, “Gənc natiq” müsabiqəsində də iştirak ediblər.
Şagirdlərin natiqlik qabiliyyəti şair pedaqoq Genaddi Salayev, şair Vladimir Yusifov və jurnalist Lüdmila Xoxlova tərəfindən qiymətləndirilib.
Müsabiqə zamanı iştirakçılar rus dili sahəsində dərin biliklər yiyələnmələri ilə yanaşı,gözəl natiqlik qabilliyyətinıə malik olmalarını da nümayiş etdirə biliblər”,- deyə məlumatda bildirilir.