Martın 15-də tanınmış italiyalı dirijor Roberto Gianola M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edəcək.
Konsert Beynəlxalq Muğam Festivalı çərçivəsində keçiriləcək.
Konsertin proqramına Niyazinin “Rast”, Fikrət Əmirovun “Şur”, “Kürdovşarı” simfonik muğamları, C.Cahangirovun “Fizulu” kantatası və Roberto Gianolanın klassik musiqisi daxildir.
R.Gianola yeni nəsilin ən parlaq və məşhur musiqiçilərindən biridir. O, ABŞ, İngiltərə, İspaniya, Türkiyə, Rusiya, Meksika və digər ölkələrin 70-dən artıq nüfuzlu orkestrinə dirijorluq, M.Rostropoviç ilə əməkldaşlıq edib.