2012-ci ildə “AtaSıgorta” şirkətinin xalis mənfəəti 474 min 61,41 manat təşkil edib.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, “AtaSıgorta” 2011-ci ili 283 min 982,78 manat məbləğində xalis zərərlə başa vurub.
Ümumilikdə, 2012-ci ildə şirkətin gəlirləri 8 mln. 671 min. 997,41 manat olub. O cümlədən, sığorta haqları 9 mln. 423,922 min manat, təkrar sığorta haqları 1 mln. 421,168, investisiya gəlirləri 784,107 min manat təşkil edib.
Bununla yanaşı, 2012-ci ildə şirkətin sığorta ehtiyatları3 mln.284,055 min manat azalıb ki, bu da gəlirin azalmasıəna səbəb olub.Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Şirkətin xərcləri 2012-ci il ərzində 8 mln. 115 min 180,02 manat təşkil edib. Həmçinin, sığorta ödənişlərinin həcmi - 2 mln. 750,731 min manat, qaytarılan sığorta haqları -268,301 min manat, sığorta işinin aparılmasına - 3 mln. 928,103 , təkrar sığortaya 836,440 min manat olub, qalan xərcləri digər maddələr təşkil edib.
2012-ci il ərzində şirkətin vergiöncəsi mənfəəti 556 min 817,39 manat təşkil edib.82 min755,98 manat məbləğində mənfəət vergisi ödənildikdən sonra şirkətin xalis mənfəəti 447 min 61,41 manat təşkil edib.
2012-ci ildə şirkətin aktivləri 55,4% - 15 mln. 154,011 min manata qədər, məcmu kapitalı – 27,1% - 6 mln. 901,942 min manata qədər artıb, öhdəlikləri 90,8% - 8 mln. 252,069 min manat artıb .
Ötən il “AtaSıgorta” şirkətinin nizamnamə kapitalı 32 % -6,6 mln manata qədər artıb.
“AtaSıgorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət lisenziyası alıb.Şirkətin yeganə səahmdarı “AtaHolding”dir və Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir.