Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya-Qafqaz İnstitutu tərəfindən İranın Qafqaz siyasəti mövzusunda konfrans təşkil edilib.
Diskussiyalarda İranın ayrı-ayrı Qafqaz ölkələrinə münasibətdə yeritdiyi siyasət müzakirə edilib. “Bundan başqa, məruzəçilər çıxışlarında həmçinin Dağlıq Qarabağ münaqişəsinin ən qızğın dövründə İranın Ermənistana etdiyi yardıma toxunublar. Bu isə münaqişə kontekstində Tehranın dini ideologiyasına uyğun deyil. Ən maraqlısı ondan ibarətdir ki, erməni diplomatları etiraf ediblər ki, müharibə illərində İrandan humanitar yardım alıblar”, - deyə agentliyin müsahibi qeyd edib.
Tədbirdə Qafqaz regionu üzrə Brenda Şafer və Aleks Vatanka, Gürcüstanın ABŞ-dakı keçmiş səfiri Temuri Yakobaşvili kimi ekspertlər əsas məruzəçilər qismində çıxış ediblər.