2012-ci ildə Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşları 20,3 mlrd. manat və ya $25,8 mlrd. təşkil edib. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov cümə günü hökumətin 2012-ci ilə dair hesabatının müzakirəsi zamanı bildirib.
“2012-ci ildə Azərbaycanda ÜDM 2,2%, o cümlədən qeyri-neft sektorunda 9,7% artıb. Bütün mənbələrdən ümumi investisiya qoyuluşları 20,3 mlrd. manat və ya $25,8 mlrd. təşkil edib", - deyə O.Əsədov qeyd edib.
Onun sözlərinə görə, sahibkarlığın inkişafı, qeyri-neft sektoruna investisiya qoyuluşları üçün əlverişli mühitin yaradılması 2012-ci ildə hökumətin prioritetləri olub.
Spiker qeyd edib ki, 2012-ci ildə Dövlət Neft Fondunun aktivləri 14,3% artıb və $34 mlrd.-ı ötüb.
“Belə inkişaf hökumətin qarşısında duran sosial məsələlərin həllinə, həmçinin yoxsulluğun səviyyəsinin 6%-ə qədər azalmasına imkan verir", - deyə o əlavə edib.