Kapital Bank ənənələrinə sadiq qalaraq daha bir mədəniyyət layihəsinə imza atdı. Bank, ötən il dünyasını dəyişmiş korifey sənətkarımız, Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli Yaşar Nurinin seçilmiş tamaşalarının toplusunu hazırlayıb.
Yada salaq ki, ötən illərdə də Kapital Bank tərəfindən Bakı haqqında mahnıların, Azərbaycan filmlərinin və dahi müğənni Müslüm Maqomayevin ifalarının əks olunduğu analoji toplular hazırlanmışdı. Bu layihələr böyük maraqla qarşılanmışdı.
Bu il isə unudulmaz aktyor Yaşar Nurinin xatirəsinə hörmət əlaməti olaraq onun baş rolda oynadığı 14 televiziya tamaşası 12 DVD diskdə toplanıb. Bu, Bankın öz müştərilərinə, tərəfdaşlarına Novruz bayramı hədiyyəsidir.