Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə Azərbaycan xalqını qarşıdan gələn bahar bayramı Novruz ilə əlaqədar təbrik edib.
Cümə günü QMİ-nin mətbuat xidməti tərəfindən yayılan təbrik məktubunun mətnində A.Paşazadə qeyd edib ki, Azərabaycan xalqı hər il Novruzun gəlişini ruh yüksəkliyi, yeni nailiyyətlər, rahat gələcək və Qarabağ probleminin tez zamanda həll olunacağı ümidi ilə qarşılayır.