2013-cü ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye istehsalının həcmi 5 mlrd. 347,6 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 1,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə qeyri-neft sektorunda sənaye məhsullarının istehsal həcminin artımı 3,9%, neft sənayesində azalma 1,4%-a bərabərdir
Cari ilin yanvar-fevral aylarında istehsalatın ümumi həcmindən 75,3% mədənçıxarma bölməsinə, qalan istehsalat həcmi digər sahələrin payına düşüb.
Yanvar-fevral aylarında mədənçıxarma sahəsində sənaye məhsullarının istehsal həcminin azalması 2,2% təşkil edib.
Bu dövrdə emal sahəsində məhsul istehsalı 15,5% artıb. Bununla yanaşı, qida sənayesində artım 2,2%, tütün məhsullarının – 62,3%, içkilərin – 10,1%, toxuculuq məhsullarının – 0,4, dəri və dəri məhsullarının, ayaqqabının – 2 dəfə, poliqrafiya məhsullarının – 87,9%, kağız və kartonun – 5,2%, neft məhsullarının – 20,5%, kimya məhsullarının – 6,1%, əczaçılıq məhsullarının – 2 dəfə təşkil edib.
Rezin və plastmas məmulatları istehsalı - 13,5%, tikinti materialları istehsalı - 55,2%, komputer və digər elektron avadanlıqları istehsalı - 2 dəfə, elektrik avadanlıqları istehsalı 43%, avtomobil və qosquların istehsalı – 7,3%, digər nəqliyyat vasitələri istehsalı – 52,4%, mebel istehsalı – 3,6 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı – 4,8%, masın və avadanlıqların qurasdırılması və təmiri – 11,5% artıb.
Hesabat dövründə elektrik enerjisi, qaz və buxar istehsalı, bolusdurulməsi və təchizatı
bolməsində sənaye məhsullarının istehsalı 1,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı bolməsində məhsul istehsalı – 1,4% artıи.