Milli Məclisin deputatı Elxan Süleymanov AŞPA-nın Monitorinq komitəsinin iclasında iştirak edəcək. İclasda Azərbaycanda siyasi vəziyyət müzakirə olunacaq. Bu barədə Milli Məclisin mətbuat xidmətinin məlumatında deyilir.
Bu məqsədlə deputat martın 19-dan 21-dək Fransada səfərdə olacaq.
İclas iştirakçıları, həmçinin Ermənistanda prezident seçkilərinin nəticələrini və bir sıra digər məsələləri müzakirə edəcəklər.
Bundan başqa, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov AŞPA-nın Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün martın 17-dən 24-dək Fransada səfərdə olacaq. İclasda həbs olunma üzrə alternativ addım və mexanizmlərin təşviqi, korrupsiya ilə mübarizə və digər məsələlər müzakirə ediləcək.