Almaniyada fəaliyyət göstərən “Almaniya Azərbaycanlı Gənclər Birliyi” BMT-ni və digər beynəlxalq təşkilatları ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı tanımağa çağırır. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar BMT-nin baş katibi Pan Gi Muna ünvanlanan bəyanatda Gənclər Birliyi dünya ictimaiyyətini Qarabağ münaqişəsinin nizamlanması məsələsində ikili standartlara yol verməməyə çağırıb.
Sənəddə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi aramsız soyqırım və deportasiya siyasəti, 1918-1920-ci illərdə Azərbaycan xalqını yer üzündən silmək niyyəti ilə törətdiyi qırğınlar – 700 mindən çox insanın amansızlıqla qətlə yetirilməsi, bütöv şəhər və kəndlərin talan edilməsi haqqında məlumat verilir.