2013-cü ilin yanvar-fevral aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə 1 mlrd. 119 mln. 485,9 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə nazirlikdən məlumat verilib. Xəbər verildiyi kimi, nazirlik 2013-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə köçürmələri 6,9% artırıb.
Xəbər verildiyi kimi, 2012-ci ilin yanvar-fevral aylarında Vergilər Nazirliyi xətti ilə 1 mlrd. 47 mln. 483,5 min manat məbləğində vergi və rüsum köçürülüb. Beləliklə, 2013-cü ilin yanvar-fevral aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə köçürmələr 6,9% artıb.
Nazirliyin məlumatına görə, cari ilin yanvar-fevral aylarında qeyri-neft-qaz sektoru üzrə büdcəyə 554 mln. 119,9 min manat vəsait daxil olub. Ümumilikdə, hesabat dövründə qeyri-neft sektoru Vergilər Nazirliyi xətti ilə büdcəyə bütün daxilolmaların 49,5%-i təmin edib.
Bu məbləğin 41,3%-i - mənfəət vergisinin, 24%-i - əlavə dəyər vergisinin, 11,4%-i - fiziki şəxslərin gəlir vergisinin, 7,8%-i - aksizlərin, qalanı isə digər vergilərin payına düşür.
2013-cü ilə Vergilər Nazirliyi üçün dövlət büdcəsinə köçürmələr planı 6,4 mlrd. manat təşkil edir.