2013-cü ilin yanvar- fevral aylarında Azərbaycanda sənaye sahəsinə qoyulan investisiyalar 2012-ci ilin analoji dövrü ilə müqayisədə 62% - 888,6 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatlara əsasən, yanvar- fevral aylarında sənaye sahəsinə Azərbaycan iqtisadiyyatına qoyulmuş bütün investisiyaların 52,9%-i yönəldilib.
Bununla yanaşı, hesabat dövründə mədən sənayesi sahəsinə qoyulan investisiyalar 701,8 mln. manat (artım 44, 2 %) təşkil edəcək.
Yanvar- fevral ayında təkrar emal sənayesinə 49,5 mln. manat (artım 1,9 dəfə) investisiya qoyulub.
Hesabat dövründə elektrik enerjisi qaz və investisiyaların paylanması sahəsinə investisiyalar 36,8 mln. manat (artım 22,4%), su təchizatı və tullantıların təmizlənməsi və emalı sahələrinə100, 5 mln. manat (artım 14,9 dəfə) təşkil edib.
Bundan əlavə, yanvar- fevral aylarında, nəqliyyat, anbar təsərrüfatı sahələrinə 287,1 mln. manat ( artım17,9%), informasiya və rabitə sahələrinə 29,6 mln. manat ( azalma 54,1%) dövlət idarəetmə, müdafiə və icbari sosial təminat sahələrinə 74 mln. manat (artım 5,4 dəfə) təhsil sahəsinə 45,5 mln. manat (artım 77,8%) investisiya qoyulub.
Hesabat dövründə mənzil tikintisi sahəsinə 54 mln. manat (azalma 42,1%) yönəldilib.
Qalan investisiyalar iqtisadiyyatın qalan sektorlarının payına düşüb.