Vergilər Nazirliyi 2013-cü ilin yanvar- fevral aylarında 16,203 min vergiödəyicisini qedyiyyata alıb.Bu barədə nazirliyin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, 2012-ci ilin yanvar – fevral aylarında Vergilər Nazirliyi 13,103 hüquqi və fiziki şəxsi qeydə alıb.Beləliklə, 2013-cü ilin yanvar- fevral aylarında Azərbaycanda qeydiyyatdan keçmiş vergiödyicilərinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 23,6% artıb.
Məlumatda bildirilir ki,2011-ci il yanvarın 1-dən 2013-cü il martın 1-nə qədər fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan 66,085 min fiziki və hüquqi şəxs elektron formada qeydiyyatdan keçib.
2013-cü il martın 1-nə respublikada vergiödəyicilərinin ümumi sayı 496,128 min təşkil edib.2013-cü ilin yanvar- fevral aylarında Vergilər Nazirliyinə vergiödəyiciləri tərəfindən elektron formada yönəldilən vergi bəyannamələrinin xüsusi çəkisi 91,7% təşkil edib.
Xəbər verildiyi kimi, Azərbaycan 2008-ci ildən sahibkarların “bir pəncərə” prinsipi ilə qedyiyyat sitemini tətbiq edir.Bu sistemə əsasən, kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin qedyiyyatı nazirlik tərfindən üç gün ərzində həyata keçirilir.
Vergilər Nazirliyi 2012-ci ildə 72,263 min vergiödəyicisini qeydiyyata alıb.