Azərbaycan və Gürcüstanın müdafiə nazirləri Səfər Əbiyev və İrakli Alasaniya bazar ertəsi Bakıda keçirilən görüşdə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə İ.Alasaniya iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, həmçinin Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Danışıqların yekunları üzrə nazirlər 2013-cü il üçün əməkdaşlıq planı imzalayıblar.