Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 108 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 11 nəfər həlak olub, 28 nəfər yaralanıb, 5 nəfər intihar edib.
4 nəfər qətldə, 9 nəfər sui-qəsddə və qəsdən bıçaq və bədən xəsarətləri yetirməkdə, 7 nəfər qarət və soyğunda, 26 nəfər oğurluqda, 5 nəfər insan alverində, 2 nəfər dələduzluqda, 3 nəfər xuliqanlıqda şübhəli bilinərək saxlanılıb.
Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 19 fakt qeydə alınıb.