Azərbaycan Beynəlxalq Bankı (ABB) Debit MasterCard Platinum, Debit MasterCard Gold, Debit MasterCard Standart tipli kart məhsullarını müştərilərinə təklif edir.
Bankda bildirdilər ki, ABB plastik kart biznesinin daha da inkişaf etdirilməsi, yeni növ məhsulların tətbiqi əsasında kart bazarında mövqeyinin möhkəmləndirilməsi məqsədi ilə Debit MasterCard kartlarının buraxılışına qərar verib.
ABB-nin yeni kart məhsullarının tarifləri:
Bank kartının növü | Debit MasterCard Standart | Debit MasterCard Gold | Debit MasterCard Platinum | |
Xidmət haqqı (manatla) | ||||
1 illik | 15 | 20 | 25 | |
2 illik | 20 | 25 | 30 | |
3 illik | 30 | 35 | 40 |