Ötən həftə Azərbaycanda baş vermiş 34 yol nəqliyyat hadisəsində 15 nəfər həlak olub.49 nəfər yaralanıb.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi DİN-dən məlumat verilib.
Ən ağır yol qəzalarından biri Bakının Nizami rayonunda baş verib.”Toyota” markalı minik maşını yarıtikili yeraltı keçidə yuvarlanıb və yanıb.Hadisə nəticəsində sürücü və sərnişin hadisə yerində həlak olub.
Bundan başqa, paytaxtın Nərimanov rayonunda “Mersedes” markalı minik maşını ilə “KamAz” markalı yük maşınının toqquşması nəticəsindəı bir nəfər həlak olub , dörd nəfər yaralanıb.
Binəqədi rayonunda "Ford Transit” piyadaları vurub.Hadisə bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnib.