Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə fəal rol oynayır. BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov belə hesab edir.
“Azərbaycanın terrorizmə qarşı mübarizəyə dair konfrans təşkil etməsi rəsmi Bakının bu problemin həllinə töhvəsidir”,- deyə Y.Fedotov bazar ertəsi Bakıda keçirilən “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın kluarında bildirib.
Konfrans barədə danışan Y.Fedotov dünyanın müxtəlif nöqtələrindən nümayəndə heyətlərinin iştirak etdiyi tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu söyləyib.
“Əminəm ki, Bakı konfransı beynəlxalq terrorizmlə mübarizəyə yaxşı mənada öz töhfəsini verəcək”,- deyə o bildirib.
BMT nümayəndəsinin sözlərinə görə, hələ də dünyada vahid terrorizm anlayışı yoxdur və terrorizmin vahid tərifinin olmaması müxtəlif cür qavrama problemlemini ortaya çıxarır. “Dünya birliyi universal terrorizm anlayışını nə qədər tez hazırlayarsa onunla mübarizə də bir o qədər effektiv olar”,- deyə o qeyd edib
Qarabağ münaqişəsi məsələsinə toxunan Y.Fedotov “tərəflərin gec və ya tez ortaq məxrəcə gələcəyinə və münaqişəni sülh yolu ilə həll edəcəyinə” əmin olduğunu ifadə edib