Socar Trading SA (Azərbaycan Dövlət Neft Şirkətinin, ARDNŞ törəmə strukturu) Qərbi Afrikada fəaliyyət göstərən “Gasol plc” energetika şirkətinə $1 mln. məbləğində kredit ayıracaq.Bu barədə “Gasol”un rəsmi saytında məlumat verilir
“Gasol plc” Socar Trading SA ilə (SOCAR-ın törəmə strukturu) saziş imzalayıb.Sazişə əsasən “Gasol plc”, iki il müddətinə illik 4% dərəcəsi ilə $1 mln. məbləğində kredit götürəcək.Vəsaitlər şirkətin dövriyyə kapitalının dəstəklənməsinə yönəldiləcək”,- deyə məlumatda bildirilir.
Məlumatda həmçinin, qeyd edilir ki, kredit cəlb edilməzdən qabaq, 2012-ci ilin dekabr ayında şirkətlər arasında Benində (Qərbi Afrika) maye qaz qəbulu üzrə terminal tikintisi layihəsi barədə strateji alyansa dair razılıq əldə edilib.
Layihə çərçivəsində Socar Trading “Gasol” şirkətini lazımı səviyyədə maye qazla, eləcə də maye qaz daşıyan üzən anbar və qazı maye halına gətirən qurğulara malik gəmilərlə təmin edəcək.Layihə Benin, Toqo və Qanadakı energetika və sənaye müştərilərini maye qazla təmin etməyi nəzərdə tutur.
"SOCAR Trading SA" 2007-ci ilin dekabr ayında Cenevrədə təsis edilib.