“Azərenerji” SC Azərbaycanın regionlarında “açar təhvili” prinsipi ilə yarımstansiya və elektrik ötürücü xəttinin tikintisinə dair podratçı seçir.
Tender iki lot üzrə keçirilir: Qobu yarımstansiyası və 330 kV-luq Mingəçevir-Qobu-Yaşma elektrik ötürücü xəttinin tikintisi (Lot-1); Gədəbəy yarımstansiyası və 110 kV-luq Gədəbəy-Zəyəm elektrik ötürücü xəttinin tikintisi (Lot-2).
Tenderdə iştirak haqqı – 400 manatdır.
İştirak etmək istəyən şirkətlər tənder təklifinin dəyərindən 2% məbləğində bank zəmanəti ilə müşayiət edilən təkliflərini 6 may 2013-cü il tarixinədək təqdim etməlidir.
Tender proseduru mayın 7-də keçiriləcək.