Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və GUAM-ın baş katibi Valeri Çeçelaşvili təşkilat çərçivəsində əməkdaşlığı və onun genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Bu barədə çərşənbə axşamı Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə tərəflər, həmçinin təşkilata üzv ölkələr arasında nəqliyyat, turizm, infrastruktur və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
V.Çeçelaşvili Azərbaycan XİN başçısına təşkilatın fəaliyyəti və digər beynəlxalq təşkilat və ölkələrlə əməkdaşlığı haqqında məlumat verib.