Bu günlər Azərbaycan Bahar bayramını -Novruzu qeyd edir.
Çərşənbə axşamı Novruz bayramı münasibəti ilə ümumxalq şənliklərinə rəsmi start verilib.Bayram şənliklərində iştirak edən Azərbaycan prezidenti xalqı təbrik edib.
Martın 20-dən 23-nə qədər “ İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun baş meydanında, Qoşa Qala qapıları qarşısında meydan bazarı təşkil olunacaq, bayram tədbirləri, sərgilər, konsertlər, müsabiqələr keçiriləcək.
Həmçinin, Mədəniyyət və Turizm Nazirliyi də bahar bayramı ilə əlaqədar tədbirlərə start verir.Bakı Mədəniyyət və Turizm İdarəsi paytaxtın mədəniyyət evlərində müxtəlif mədəni tədbirlər və uşaqlar üçün əyləncəli proqramlar təşkil edəcək.
Novruz bayramı ilə əlaqədar ölkədə martın 20-dən 27-nə qədər istirahət günləri elan edilib.
2009-cu il sentyabrın 301-da Novruz bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
2010-cu il fevralın 19-da BMT Baş Assambleyasının 64-cü sessiyasında “Beynəlxalq Novruz Günü” adlı qətnamə qəbul olunub.