Martın sonunda Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov məlumat verib.
"Görüş martın 28-də baş tutacaq", - deyə nazir çərşənbə axşamı Bakıda Gürcüstanın xarici işlər naziri Maya Pancikidze ilə birgə brifinqdə bildirib.
"Bu, regional əməkdaşlığın yeni formatıdır", - deyə M.Pancikidze qeyd edib.
Nazirlər tərəflərin beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək haqqında razılaşmasını diqqətə çatdırıblar.