Əsasən ermənilərin məskunlaşdığı Samsxe-Cavaxetiya regionuna muxtariyyətin verilməsi məsələsi Gürcüstanın gündəmində deyil. Bu barədə Gürcüstanın xarici işlər naziri Maya Pancikidze çərşənbə axşamı Bakıda keçirdiyi brifinqdə bəyan edib.
"Samsxe-Cavaxetiyada muxtariyyətin qurulmasından söhbət gedə bilməz, çünki ora Gürcüstan ərazisidir", - deyə M.Pancikidze bildirib.
"Orada yaşayan ermənilər Gürcüstan vətəndaşıdır", - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, bu regiona muxtariyyət verilməsi məsələsi “bəzi media orqanlarının növbəti dezinformasiyasıdır”.