Milli Təhlükəsizlik Nazirliyi (MTN) Rusiyadan qaçaqmal yolu ilə pirotexnika və qaz silahlarının gərtirilməsinin qarşısını alıb.Bu barədə MTN-nin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatında bildirilir.
Qaçaqmal sərhəd buraxılış mənqəqəsində sərnişin avtobusu və “QAZ 2705” markalı yük maşınına baxış zamanı aşkarlanıb.Avtobusun salonunda 20, yük maşınında 14 pnevmatik tapança, çoxlu sayda siqnal patronları, pirotexnia və qaz silahı tapılıb.
Fakt üzrə cinayət işi qaldırılıb. Biri Rusiya vətəndaşı olmaqla dörd nəfər həbs edilib.