Sumqayıt şəhərində baş vermiş ağır yol nəqliyyat hadisəsi üç nəfərin ölümü. iki nəfərin yaralanmasına səbəb olub. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə DİN Baş Dövlət Polisi İdarəsindən məlumat verilib.
Qəza dünən gecə baş verib.”Toyota” və “Qaz 3110” markalı minik maşınlarının toqquşması nəticəsində ikinci avtomobildəki üç sərnişin hadisə yerində həlak ilub.Hər iki maşının sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.