ABŞ prezidenti Barak Obama özünü və ailəsini qoruyan Məxfi Xidmətə yeni rəhbər təyin edib.
Böyük Briyaniynın teleradioyayın korporasiyası BBC-nin çərşənbə günü verdiyi məlumata görə, ilk dəfə bu posta qadın - Culiya Pirson təyin olunub.
Onun sələfi Mark Sallivan ötən ay istefa verib.
Fəaliyyətdə olan prezident və keçmiş dövlət başçılarını mühafizədən başqa ABŞ Məxfi Xidməti bəzi maliyyə cinayətlərini araşdırır.