Avropa Parlamentinin bir sıra üzvləri Brüsseli Rusiya Qeyri- Kommersiya Təşkilatlarının məruz qaldığı yoxlamalar səbəbi ilə Rusiya ilə viza rejiminin yumşaldılmasına dair sazişi dondurmağa çağırıb.Sazişə Aİ-yə xidməti pasport sahiblərinin vizasız gedişinə dair maddə də daxil edilib.
Avropa parlamentində “yaşılların nümayəndəsi, Aİ- Rusiya Parlament Əməkdaşlığı Komitəsinin sədr müavini Verner Şuls hesab edir ki, “Rusiyanın hakim dairələrinin Qeyri -Kommersiya Təşkilatlarına qarşı münasibəti Rusiyada sağlam demokratiya barədə şübhə doğurur”.
Vernel Şuls söyləyib ki, Aİ Qeyri -Kommersiya Təşkilatlarının təqib edilməsinə müşahidəçi qala bilməz. Onun fikrincə, Brüssel bunun əvəzində Rusiya ilə planlaşdırılan sazişi təcili dondurmalıdır.
“Yaşıllar “ fraksiyası Avropa Kommisiyasının sədri Joze Manuel Barrozuya müvafiq məktubla müraciət edib.
Daha əvvəl Avropa Parlamentinin daha bir böyük fraksiyası -liberal - demokratlar da Rusiya xidməti pasportuna sahib olanlara Aİ-yə vizasız gediş haqqının verilməməsi çağırışı ilə çıxış ediblər.