Azərbaycanda İDEA kampaniyası çərçivəsində “Beynəlxalq Yaşıl Qraffiti festival”ı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə tədbirin təşkilatçları məlumat verib.
2013-cü ilin may ayında İDEA kampaniyası ekoloji problemlərlə mübarizə metodlarına yeni yanaşmaları təbliğ edən incəsənət və ətraf mühit arasında harmoniyanın saxlanılması üçün “ətraf mühit incəsənəti” kimi ilk dəfə olaraq “Beynəlxalq Yaşıl Qraffiti festival”ı keçirəcəyini elan edib.
Qlobal ekoloji məsələlər haqqında incəsənət vasitəsilə ictimaiyyəti məlumatlandırmaq və yeni metodlarla maarifləndirmə xarakterli olan layihə, həmçinin gənc rəssamlar üçün yeni fəaliyyət istiqamətinin təbliğatı kimi Azərbaycanda bir ilk olacaq.
Festivalda Türkiyə, Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan bu sahədə fəaliyyət göstərən qraffiti ustaları və qraffiti işinə maraq göstərən gənclər festivalda iştirak edəcəklər. Bunun üçün festivalda iştirak etmək istəyən gənc qraffiti mütəxəssisləri “təbiət”, “heyvanat aləmi”, “yaşıl düşüncə” və ümumi olaraq ətraf mühit məsələləri mövzusunda çəkilməli olan əsərlərin ilkin variantınıtəqdim etməlidirlər.
İşlərin qəbulu üçün son tarix - 20 aprel 2013-cü ildir.
Əsərlərin münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra müvafiq olaraq I, II və III yerin qalibləri müxtəlif qiymətli hədiyyələrlə təltif olunacaqlar.
İDEA kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.