Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində yaralanıb.
“Azərbaycanın Gədəbəy rayonu istiqamətində Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində müddətli hərbi xidmətə çağırılan əsgər Fariz Abdullayev yaralanıb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Hazırda hərbçi hospitaldadır. Onun vəziyyəti kafi qiymətləndirilir”, - deyə mətbuat xidmətindən əlavə ediblər.