Bakı ətrafında yolun kənarında dayanan “KamAz” markalı yük maşını ilə toqquşma nəticəsində “Nissan” markalı minik avtomobilinin sürücüsü həlak olub. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən çərşənbə günü məlumat verilib.
Məlumata görə, Böyük şor şosesində yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomobilinin sürücüsü həlak olub. Avtomobildə olan sərnişin xəstəxanaya çatdırılıb.