Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputatlar Rasim Musabəyov və parlamentin bir neçə deputatı Roma şəhərində keçiriləcək “Azərbaycan 2020. Gənclərin baxışı” adlı forumda iştirak edəcəklər. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə “Baxış 2020: Azərbaycan üçün yeni brendlər və yeni trendlər”, “Ənənəvi və ictimai diplomatiya”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, danışıqlar prosesinin gerçəklikləri, hazırki vəziyyət və perspektivlər” mövzuları ətrafında müzakirələr aparılacaq.
Tədbirlərdə iştirak etmək məqsədilə Milli Məclisin deputatları martın 26-dan İtaliyanın paytaxtındadırlar. Səfər martın 30-na qədər davam edəcək.