Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Bakıda keçirilmiş əməliyyat nəticəsində narkotik maddə alverində şübhəli bilinən şəxsi saxlayıblar. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş respublika vətəndaşı saxlanılıb. Ondan 4 kq-dan çox marixuana götürülüb.