Iranın Azərbaycandakı səfirliyi Tehranın işğal edilmiş Azərbaycan toprpaqlarında yayımlanan “Talışıstanın səsi” radiostansiyası milə əlaqədar olmadığını bildirib.
“İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın müstəqilliyinə xələl gətirə biləcək fəaliyyətlərə qarşıdır”deyə məlumatda bildirilir.
Məlumata əsasən, sözügedən radiostansiyada İran vətəndaşlarının işləməsi onların İranla əlaqədar olması anlamına gəlmir.
Bir sıra yerli KİV-in məlumatına əsasən, 3 Azərbaycan vətəndaşı- talış fəalları- “Nirkan” jurnalının redaktoru Rabil Abdinov, hüquq müdafiəçisi Ataxan Əbilov, Talış Mədəni Cəmiyyətinin sədri Rafiq Cəlilov İran prezidenti Mahmud Əhmədinejata müraciət ünvanlayıblar.Müraciətdə deyilir. “Azərbaycan ərazisi olan Qarabağ erməni separatçılarının nəzarəti altındadır. Şuşa şəhərində “Talışıstanın səsı” radiostansiyası yayımlanır.Xəbərlərin oxunuş tərzinə görə aydın olur ki, bu insanlar İranda yaşayan talışlardır.Sizdən xahiş edirik vətəndaşlarınızın Azərbaycan ərazisində fəaliyyət göstərməsinin qarşısını alasınız. Belə hallar xalqlarımız arasındakı rəsmi və dostluq münasibətlərinə zərər verə bilər.Biz talışlar iki xalq və ölkə arasında narazılığa səbəb olmaq istəmirik”.