Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal avtoritet saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü nazirlikdən məlumat verilib.
Masallı rayon sakini, əvvəllər məhkum olunan, kriminal avtoritet kimi tanınan Rafiq Eyvazov paytaxtın Nəsimi rayonu ərazisində saxlanılıb. Ondan sandıqçasında 5 ədəd patron olan "Makarov" tipli tapança aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq gedir.