Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov və bu ölkənin mədəniyyət naziri Marta Suplis Azərbaycan-Braziliya mədəni əlaqələrinin hazırkı vəziyyətini, bu münasibətlərin gələcək perpektivlərini müzakirə ediblər.
Azərbaycan XİN-in mətbuat xidmərinin cümə axşamı yaydığı məlumata əsasən, E.Sultanov braziliyalı nazirə Azərbaycan tarixi və mədəniyyəti barədə, ölkənin mədəniyyətlərarası dialoqda oynadığı rol, eləcə də respublikada keçirilən beynəlxalq miqyaslı tədbirlər barədə danışıb.
Bundan başqa, Azərbaycanın Berndəki səfiri Əkrəm Zeynallı ilə İsveçrə Federal Mədəniyyət Departamentinin rəhbəri Jan Frederik Juslin arasında keçirilən görüşdə Azərbaycan -İsveçrə mədəni əlaqələri müzakirə mövzusu olub.