2013-cü ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarətdə müsbət saldosu $2 mlrd. 750 mln. 707,15 min təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumata əsasən, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $5 mlrd. 616 mln. 970,13 min təşkil edib (2012-ci ilin yanvar-fevral ayları ilə müqayisədə artım 4,37%).
Bununla yanaşı, ixracın həcmi - $4 mlrd. 183 mln. 838,64 min, idxal - $1 mlrd. 433 mln. 131,49 min təşkil edib. 2012-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ixrac - 3,33%, idxal -7,52% artıb.
Hesabat dövründə ixrac strukturunda 84,58% - neftin, 4,52% - neft məhsullarının, 4,51% - təbii qazın, 0,35% - bitki və heyvan mənşəli yağların, 0,82% - qəndin, 0,11% spirtli və spirtsiz içkilərin, 0,24% - kimya məhsullarının, 0,12% - pambıq liflərin, 0,45% - qara metal və onlardan məmulatların, 0,32% - alümin və ondan məmulatların payına düşüb.
İdxal strukturunda ərzaq məhsullarının – 9,66%, tütün və tütün məhsullarının – 2,92%, sementin – 1,08%, əczaçılıq məhsullarının – 2,23%, odun və agac məhsullarının – 3,18%, qara metal və onlardan hazırlanan məmulatların – 14,28%, maşın, mexanizmlər və elektrik avadanlıqlarının, o cümlədən onların ehtiyat hissələrinin – 30,54%, nəqliyyat vasitələrinin və onların ehtiyat hissələrinin - 8,07%, mebelin – 0,62% payına düşüb.
Hesabat dövründə xarici ticarət əməliyyatlarında 2014 dövlət və özəl müəssisə və 689 fiziki şəxs iştirak edib.
Yanvar-fevral aylarında Azərbaycan dünyanın 113 ölkəsi ilə ilə ticarət əməliyyatları həyata keçirib.
Əsas ixrac əməliyyatlarını İtaliya (23,4%), İndoneziya (6,51%), Tayland (11,29%), Hindistan (7,2%) idxal əməliyyatlarını isə Türkiyə (12,57%), Rusiya (15,88%), Yaponiya (7,67%), Böyük Britaniya (7,55%) ilə həyata keçirib.