2013-cü ilin yanvar-fevral aylarında Azərbaycan 1 mlrd. 362,104 mln. kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bununla yanaşı, hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə $188 mln. 868,16 min məbləğində 767 mln. 738,7 min kubmetr qaz ixrac edilib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.