Aprelin 11-13-də Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Ümumdünya Forumu keçiriləcək.
“Forum Rusiya, Azərbaycan, yaxın və uzaq xarici ölkələrdən olan dövlət qulluğu və biznes nümayəndələri olan Alma Mater məzunlarını birləşdirmək, o cümlədən məzunların beynəlmiləl cəmiyyəti daxilində qarşılıqlı əlaqəsini qurmağa xidmət edir. Forumun ənənəvi olacağı və növbə ilə Məzunlar Assosiasiyasının təmsil olunduğu ölkələrdə keçiriləcəyi nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.
Məlumata əsasən, Forumda məzunlar Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, MDBMİ-nin rektoru Anatoli Tolkunov çıxış edəcəklər.
Forumun iştirakçıları arasında Ukrayna baş nazirinin müavini Konstantin Qrişşenko, Slovakiyanın baş naziri və xarici işlər naziri Miroslav Layçak, Moldova baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Yurie Lyanke, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski, Vyetnamın xarici işlər nazirinin müavini Nquen Fıonq Nqa və s. olacaq.