Azərbaycan Beynəlxalq Bankı (ABB) nizamnamə kapitalını 330 mln. manata çatdırıb. Bu barədə bankın İdarə Heyətinin sədrinin müavini Rəşad Hacıyev “Zerkalo” qəzetində dərc olunan müsahibədə bəyan edib.
“2012-ci ilin əvvəlində səhmdarlar tərəfindən elan edilən 100 mln. manat məbləğində əlavə emissiya cari ilin ortalarında başa çatmalıdır. Lakin, artıq bu gün əlavə emissiyadan ödənilən kapitalın məbləği 90 mln. manatdan artıq təşkil edir. Beləlıklə, nizamnamə kapitalı 330 mln. manat təşkil edib. Bu cür qısa müddət ərzində kapitala sərmayə qoyuluşu bir daha bankın səhmdarları tərəfindən yüksək etibarı təsdiq edir”, - deyə R.Hacıyev bildirib.
Onun sözlərinə görə, əlavə kapitallaşma və bölüşdürülən gəlir hesabına Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə audit edilən hesabata əsasən 2012-ci ilin sonuna
ümumi kapital 416 mln. manat təşkil edib.
O qeyd edib ki, 2012-ci ilin yekunalrı üzrə ABB-nin xalis mənfəəti 43,4 mln. manat təşkil edib və bu 2011-ci ilin göstəricisindən 3 dəfə çoxdur.
R.Hacıyev əlavə edib ki, ABB-nin səhmdarları 2012-ci il ərzində dividendlərin ödənilməsinə yönələcək gəlirin həcmini hələlik müəyyən etməyiblər. “Lakin, hesab edirik ki, səhmdarların təqdir etdiyi halda dividentlərin səviyyəsi gəlirin üç dəfə artması ilə əlaqədar ötən ilin səviyyəsindən artıq olacaq. 2012-ci ilin yekunları üzrə bank həmçinin bölüşdürülməyən gəlirin bir hissəsini nizamnamə kapitalının artmasına yönəldəcək”, - deyə o izah edib.
Bununla yanaşı o vurğulayıb ki, 2011-ci ilin yekunalrı üzrə ABB 8,7 mln. manatı dividentlərin ödənilməsinə yönəldib.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən böyük banklarından biridir. Hazırda bankın kapitalında 50,2 % dövlətin, 49,8% özəl səhmdarların payına düşür.Ümumilikdə, ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.