Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 107 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr (evlərdə partlayışlar, istehsalat zədələri, qida zəhərlənmələri, dəm qazından zəhərlənmə və s.) nəticəsində 10 nəfər həlak olub, 23 nəfər yaralanıb, 3 nəfər intihar edib.
8 nəfər qətldə, 6 nəfər sui-qəsddə və qəsdən bıçaq və bədən xəsarətləri yetirməkdə, 5 nəfər qarət və soyğunda, 34 nəfər oğurluqda, 5 nəfər nəqliyyat vasitələrini qaçırmaqda, 4 nəfər insan alverində, 3 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb. Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 23 fakt qeydə alınıb.