Bakı Muzey Mərkəzinin İncəsənət qalereyasında bir neçə sərgi keçiriləcək.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə mərkəzdən məlumat verilib.
Beləliklə, aprelin 2-8-də İbrahim Əhrarinin 75 illik yubileyi münasibəti ilə rəssamın fərdi sərgisi təşkil olunacaq.
Həmçinin, aprelin 9-da “Azərbaycan teatrı-140”, aprelin 16-da isə Nəcəfqulu İsmayılovun 90 illiyi münsibəti ilə təsviri incəsənət sərgiləri keçiriləcək.
Bundan əlavə, aprelin 26-da Abbas Kazıminin fərdi sərgisi nümayiş etdiriləcək.
Sərgilər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil ediləcək.