Krım Muxtar Respublikasının (Ukrayna) kurortlar və turizm naziri Aleksandr Liyevin başçılığı ilə nümayəndə heyəti 2-5 aprel tarixində Azərbaycana səfər edəcək. Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində A.Liyevin Azərbaycan hökumətinin üzvləri ilə bir sıra görüşləri, “AİTF” sərgisində iştirakı, təqdimatın keçirilməsi, “SW Travel” turizm şirkəti bazasında Krım kurort-turist ofisinin açılışı planlaşdırılıb.