Aprelin 3-də saat 11.00-da "İnterfaks-Azərbaycan" agentliyinin mətbuat mərkəzində Krım Muxtar Respublikasının (Ukrayna) kurortlar və turizm naziri Aleksandr Serqeyeviç Liyevin başçılığı ilə nümayəndə heyəti üzvlərinin mətbuat konfransı keçiriləcək.
Keçiriləcək səfərə həsr olunan mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri A.P. Mişenko, Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liyev, “Evrovision-2013” müsabiqəsində Ukraynanın nümayəndəsi Zlata Oqneviç, “SW TRAVEL” şirkətinin direktoru Ş.Əfəndiyev iştirak edəcəklər.
“İnterfaks-Azərbaycan” agentliyinin yeni ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07