Bütün Rusiyanın Patriarxı Kirill xristian kilsələrinin rəhbərlərini Pasxa bayramı münasibəti ilə təbrik edib.
“Bu gün xristianlar bir çox məqamlarla üz- üzədirlər:bir sırra regionlarda qanlı münaqişələr davam edir, insanlar arasında düşmənçilik kəsilmək bilmir, xristiqan mənəvi dəyərlərinin ictimai həyatdan silinməsi üçün cəhdlər göstərilir”,- deyə onun bazar ertəsi Moskva patriarxlığının rəsmi saytında dərc edilmiş məktubunda deyilir.
Onun sözlərinə görə, xristian liderlər bizi əhatə edən ətraf reallıqlardan asılı olmayaraq İsa Məsihin “Möhkəm dayanın!, Mən dünyaya qələbə çaldım” sözlərindən ilhamlanaraq “birlikdə bütün dünyadakı bəlalara” qalib gəlməlidirlər.
Patriarxın təbrik məktubları Roma Papası Fransisk, bütün ermənilərin katalikosu II Qarelin, İngilis Arxiyepiskop Cəmiyyətinin rəhbəri Castin Uelbi Kenterberiyski, Almaniya Evangelis kilsəsinin sədri Nikolaus Şnayder, Finlandiya Evangelis-Lüteran kilsəsinin rəhbəri Kari Makinenenə ünvanlanıb.