Şimali Koreyanın nüvə silahı müharibənin qarşısını alan və suverenliyi təmin edən vasitədir. Şimali Koreya lideri Kim Çen In belə bəyan edib.
“Bizim nüvə qüdrətimiz müharibənin qarşısının alınması və suverenliyimizin müdafiəsi üçün etibarlı vasitədir”, - deyə o, ötən bazar günü Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin iclasında çıxışı zamanı qeyd edib.
Çərşənbə axşamı Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) çıxışın mətnini dərc edib.