Lənkəran şəhərində “Xalq Bank”ın filialı fəaliyyətə başlayıb. Bu barədə bankdan məlumat verilib.
Filial hüquqi və fiziki şəxslərə bütün növ bank xidmətləri göstərəcək.
Bankın filiallarının ümumi sayı 22-yə, həmçinin regionlarda 16-ya çatıb.
“2013-cü ildə bank filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır”, - deyə bankın məlumatında bildirilir.
“Xalq Bank” fəaliyyət üçün lisenziyanı 2004-cü il dekabrın 30-da alıb. Bankın səhmdarları üç hüquqi şəxs – “EuroStandard” MMC, “İdeal Business” MMC və “Avanqard” MMC-dir (16,15%).