Çərşənbə axşamı “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində skripka musiqisi axşamı keçiriləcək. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Konsertdə Rauf Hacıyev adına 15 nömrəli musiqi məktəbinin şagirdləri – Təranə Novruzova, Firəngiz Abdullayeva və “Detaşe” ansamblı çıxış edəcək.
Konsertin məsləhətçisi xalq artisti, professor Zəhra Quliyevadır.
Proqrama İ.S.Bax, G.Teleman, V.A.Motsart, F.Şubert və P.Sarasatenin əsərləri daxildir.